Tərtər, Füzuli və Ağstafada top mərmiləri və minalar aşkarlandı (FOTO)

Tərtər, Füzuli və Ağstafada top mərmiləri və minalar aşkarlandı (FOTO)
Hadisə 1139

 

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri iyulun 5-də dörd əkin sahəsinə, 8 partlayış yerinə baxış keçiriblər.

Nəticədə Tərtər rayonunun Çaylı kəndində bir partlamamış hərbi sursat - "9M22U” qrad raketinin mühərrik hissəsi, Füzuli rayonunun Yuxarı Kürdmahmudlu kəndində bir PQ-7 raketi, Ağstafa rayonunun Dağkəsəmən kəndində yol kənarında 100 millimetrlik bir top mərmisi, Gəncə şəhərinin Kəpəz rayonunda yeddi TM-62 tank əleyhinə mina aşkarlanıb. Gün ərzində 25 min 150 kvadratmetr ərazi təmizlənib.

ANAMA-nın mətbuat xidmətindən BAKU.WS-ə bildiriblər ki, Ağdam rayonunun Qaradağlı kəndində iki əkin sahəsində 3 partlayış yerinə baxış olub. Partlamamış hərbi sursat aşkar edilməyib. Cəmi 17 min kvadratmetr ərazi yoxlanılıb.

Ümumilikdə, agentlik tərəfindən aprelin 7-dən iyulun 5-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 621 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 5 kənd orta məktəbinə, 1 tibb məntəqəsinə, 1 metal anbarına, 30 fermaya, 1 şərab zavodu ərazisinə və əkin sahələrinə baxış keçirilib. Nəticədə 1575 partlamamış hərbi sursat, piyada əleyhinə 14, o cümlədən üç "POMZ-2”, bir "OZM-72” və tank əleyhinə 15 mina aşkarlanaraq zərərsizləşdirilib.

Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qruplar minaaxtaran itlərlə təmas xəttinin yaxınlığındakı kəndlərdə evlərin, məktəblərin və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

BAKU.WS

Oxşar xəbərlər

Ağdamda piyada əleyhinə minalar tapılıb  - FOTO

Ağdamda piyada əleyhinə minalar tapılıb - FOTO

Ağdam rayonunda piyada əleyhinə minalar aşkar edilib. Bu barədə BAKU.WS-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (A...

1060 Hadisə 19:51 13 iyun 2016

Son xəbərlər