Travmatologiyaya üz tutan sakinin dadına sonda FHN çatdı
Yeniliklərdən dərhal xəbərdar olun
Dəmir halqanın sıxması nəticəsində sağ əlinin dördüncü barmağı şişmiş vətəndaşın xilas edilməsi üçün həkimlər Fövqəladə Hallar Nazirliyinə müraciət ediblər.
BAKU.WS xəbər verir ki, barmağının şişməsinə səbəb olan dəmir halqanı çıxartdırmaq istəyən vətəndaş əvvəlcə, Travmatologiya və Ortopediya İnstitutuna müraciət edib.
Lakin xəstəxanada halqanın çıxarılması mümkün olmayıb və FHN-in xilasedicilərindən yardım istəməli olublar.
FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal xəstəxanaya gəlib və təhlükəsizlik qaydalarına riayət olunmaqla, xəstəxananın həkimlərinin nəzarəti altında müvafiq alətdən istifadə edərək halqanı kəsərək zərərçəkmişin barmağından çıxarıblar.
Oxşar xəbərlər
Xırdalan şəhərində avtoxuliqanlıq edən sürücü həbs olunub
Abşeron rayonu Xırdalan şəhərində "Zaporojets" markalı, 50-BD-636 dövlət qeydiyyat nişanlı avtomobillə avtoxuliqanlıq edən sürücü M.Quliyev yol polisi tərəfində...