Toydan qayıdan qonşular avtobusda dalaşdılar

Toydan qayıdan qonşular avtobusda dalaşdılar
Hadisə 52

Gəncə Ağır Cinayətlər Məhkəməsində qonşusunu bıçaqlayan Ağstafa rayon Köçəsgər kənd sakini 1978-ci il təvəllüdlü Natiq Bayramovun (soyadlar şərtidir) məhkəməsi keçirilib.

BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, məhkəmə onu Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə təqsirli bilib.

Araşdırmalar zamanı müəyyən edilib ki, hadisə baş verən gün Natiqin qonşusu Kərimin (şərti) övladının Ağstafada toyu olub. Bununla əlaqədar qonşular avtobus tutaraq Köçəsgərdən rayon mərkəzinə yollanıblar.

Onlar geri qayıtdıqda avtobusda arxa oturacaqda əyləşən Nazim Məmmədov öndə əyləşən qonşularına uca səslə deyib-güldükləri üçün irad bildirib. Həmin iradı özünə götürən Natiq Nazimlə mübahisə edib. Bu zaman Nazim arxadan Natiqin boğaz nahiyəsindən tutaraq barmağını onun ağzına salıb və ağzını yanaq hissəyə doğru cırmağa çalışıb.

Natiq qonşusunun əlindən çıxmağı bacarıb və avtobusdan düşüb. O, Nazimin yaşadığı evin qarşısına piyada gedib və qonşu ilə mübahisəni davam etdirib. Ardınca bıçaqla Nazimin qarın nahiyəsinə bir zərbə vurub. Qarının ön divarının boşluğa keçən iti alət yarası, köndələn çənbər bağırsağın zədələnməsi ilə müşayiət olunan və dərəcəsinə görə insan həyatı üçün təhlükəli sayılan ağır xəsarətlə xəstəxanaya çatdırılan şəxs əməliyyat olunub.

Məhkəmənin çıxardığı hökmlə Natiq Bayramova 3 il həbs cəzası verilib.

Son xəbərlər