Toydan gələn "Ford" ağır qəzaya düşdü, 4 nəfər yaralandı

Toydan gələn Ford ağır qəzaya düşdü, 4 nəfər yaralandı
Hadisə 1065

Gecə saatlarında Quba-Xaçmaz yolunun 13-cü kilometrliyində, Qubanın Zərdabi kəndi ərazisində ağır yol qəzası baş verib.

BAKU.WS-in "Report"a istinadla verdiyi məlumata görə, qəza toydan qayıdan "Ford" markalı "40 BL 392" dövlət qeydiyyat nişanlı sərnişin mikroavtobusu ilə "KİA" markalı "90 TB 530" dövlət qeydiyyat nişanlı minik avtomobilinin toqquşması nəticəsində baş verib.

Hadisə nəticəsində 4 nəfər yaralanıb. Onlardan üçünün vəziyyəti ağırdır. Yaralılardan üçü mikroavtobusda, 1 nəfər isə "KİA"da olub.

Zərərçəkənlər Quba Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

BAKU.WS 

Oxşar xəbərlər

Son xəbərlər