Toydan çıxan oğlan ölümcül döyüldü – Azərbaycanda kütləvi dava oldu
13
avq
2018
09:23
Ağstafa rayonunda kütləvi dava olub, toydan çıxan 27 yaşlı oğlan ölümcül döyülüb.BAKU.WS “report.az”a istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Göycəli kəndində baş verib. Toy mərasimindən çıxan, 1991-ci il təvəllüdlü Nurlan Mahir oğlu Haqverdiyev yolda tanımadığı şəxslər tərəfindən ölümcül döyülüb.Kütləvi dava zamanı onunla bərabər Qazax rayon Cəfərli kənd sakini, 1988-ci il təvəllüdlü Qaramollayev Elmir Mayıl oğlu da döyülüb.Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onlardan N.Haqverdiyevin vəziyyətinin ağır olduğu bildirilir. O, boğazından aldığı zərbədən nəfəs almaqda çətinlik çəkdiyi deyilir.Faktla bağlı araşdırmalara başlanılıb.BAKU.WS
Oxşar xəbərlər
Xızıda kütləvi dava baş verib, xəsarət alanlar var
Xızı rayonunda kütləvi dava olub, xəsarət alanlar var.BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Şurabat qəsəbəsində baş verib.Hadisə nəticəsind...