Toyda qan töküldü: "Fərid" şadlıq sarayında 30 yaşlı gənci bıçaqladılar
17
yan
2026
22:12
Göygöl rayonunda bıçaqlanma hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə rayon ərazisində fəaliyyət göstərən "Fərid" şadlıq sarayında qeydə alınıb.
Belə ki, 1996-cı il təvəllüdlü R.Ələkbərov iki bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Ona dərhal tibbi yardım göstərilib və vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, hadisə gəncin iştirak etdiyi toy mərasimi zamanı baş verib.
Hadisənin baş vermə səbəbləri hələ məlum deyil. Əraziyə polis əməkdaşları cəlb olunublar, faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Biri 13, digəri 12 il müddətinə həbs edildi
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və ictimai fəal Anar Abdullayevin barələrindəki cinayət işi üzrə məhkəməsi yek...