Toyda oğurladığı telefonla "WhatsApp"da dələduzluq edən şəxs həbs olundu

Toyda oğurladığı telefonla WhatsAppda dələduzluq edən şəxs həbs olundu
Hadisə 203

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən "Ağ Saray" şadlıq sarayında toy zamanı oğurluq edən şəxs həbs olunub.

BAKU.WS qaynarinfo-ya istinadən xəbər verir ki, 2002-ci il təvəllüdlü C.F. saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilib. İşə məhkəmədə baxılıb.

Məlum olub ki, təqsirləndirilən şəxs "Ağ Saray"da toyda olan zaman masanın üzərindən Əlihüseyn Kərimova məxsus "Honor" markalı mobil telefonu oğurlayıb və qaldığı hostelə gedib. O, həmin telefonun "WhatsApp" tətbiqinə daxil olub, sahibinin adından borc pul istəyib, öz kartına 230 manat pul göndərtdirib.

Bundan sonra telefonu sındıraraq atıb. C.F. ələ keçirdiyi pulu şəxsi ehtiyacları üçün xərcləyib və ümumilikdə zərərçəkmişə 500 manatdan artıq ziyan vurub.

Məhkəmənin hökmü ilə C.F. İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 23 gün müddətinə həbs edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

DİN: Axtarışda olan 200 nəfər saxlanılıb

DİN: Axtarışda olan 200 nəfər saxlanılıb

Polis əməkdaşlarının mayın 1-də keçirdikləri əməliyyat tədbirləri ilə 200 nəfər saxlanılıb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib. Belə...

72 Hadisə 18:44 02 may 2026

Son xəbərlər