Toyda kütləvi zəhərlənmə ilə bağlı təfərrüat - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ağcabədidə toyda kütləvi zəhərlənmə baş verib.
BAKU.WS Xəzər TV-yə istinadən bildirir ki, Ağcabədinin Rəncbərlər kəndində keçirilən toy mərasimində 34 nəfər, o cümlədən 16 yetkinlik yaşına çatmayan şəxs qidadan zəhərlənib.
Zəhərlənənlər TƏBİB-in tabeliyindəki Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Rəncbərlər kəndində ev şəraitində təşkil olunmuş məclisdə baş vermiş hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.
Oxşar xəbərlər
Ağcabədidə toyda zəhərlənənlərin son vəziyyəti açıqlandı - YENİLƏNİB
Ağcabədi rayonunda qida zəhərlənməsi şübhəsi ilə TƏBİB-in tabeliyindəki Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 09.07.2023-cü il saat...