Toyda dava düşdü - bir nəfər bıçaqlandı
04
iyl
2017
19:51
Şəkidə bıçaqlanma hadisəsi baş verib.
BAKU.WS ARB TV-yə istionadən (Şəki) bildirir ki, toyda sözləri düz gətirməyən gənclərdən biri digərini bıçaqlayıb. Hadisə Şəkinin Çayqaraqoyunlu kəndidə qeydə alınıb. Kənd sakinləri Müsalim Məmmədov və Tərlan Eyyubovun arasında mübahisə baş verib. Tərlan Müsalimə bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Xəsarət alan şəxs dərhal Şəki RMX-yə çatdırılıb. Hadisəni törədən şəxs hadisə yerindən qaçsa da, daha sonra polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı ŞRPŞ-də araşdırma aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Qayın yeznəsinin qabırğalarını sındırdı - AZƏRBAYCANDA
Şəkidə 37 yaşlı kişi qaynı tərəfindən döyülüb. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, mayın 20-i axşam saatlarında rayonun Aşağı Küngüt kənd sakini,...