Toya hazırlaşan gənc məktəbli qızı vuraraq öldürdü

02
sen
2025
21:00
Tovuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatı məlum olub.
BAKU.WS Xəzər TV-yə istinadla xəbər verir ki, hadisə rayonun Əsrik Cırdaxan kəndində baş verib.
Məlumata görə, 27 yaşlı Əli Alıyevin sentyabrın 12-də toyu olacaqmış. O, qız evinə cehiz gətirmək üçün bazarlığa gedərkən, yolun kənarında hərəkət edən doqquz yaşlı Nilay Abdullazadəni vurub.
Hadisə nəticəsində uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb. Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Tovuz şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Tiktoker Xosrov həbs edildi
Sosial şəbəkələrdə sürücüləri yol hərəkəti qaydalarını pozmağa və avtoxuliqanlığa təhrik edən, həmçinin özü də bu davranışları həyata keçirən Moslemi Khosrow Be...
