Toy qalmaqalından sonra Mehdiyevin kürəkəni ilk dəfə görüntüləndi
Yeniliklərdən dərhal xəbərdar olun
Eks-deputat, AMEA prezidentliyindən istefa verən Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev uzun müddət sonra ilk dəfə görüntülənib.
BAKU.WS Qafqazinfo-ya istinadla xəbər verir ki, o, Bakının məşhur hotellərindən birinin qarşısında 10-YY-040 dövlət qeydiyyat nişanlı “Rolls Royce” avtomobilini idarə edib.
Qeyd edək ki, İlham Əliyevin sürdüyü 10-YY-040 dövlət qeydiyyat nişanlı avtomobil “Kaspian Telekom” MMC-yə məxsusdur. Bu şirkətin qanuni təmsilçisi Orxan Əliyevdir. O.Əliyev isə İlham Əliyevin qardaşı Fikrət Əliyevin oğludur.
Xatırladaq ki, keçmiş deputat İlham Əliyev 2020-ci ildə sərt karantin zamanı övladına toy etməsi ilə gündəmə gəlmişdi. Həmin ilin avqustun 22-də Abşeron Rayon Məhkəməsi İlham Əliyev və qudası Rövşən Mustafayevin 15 sutka müddətinə inzibati qaydada həbs olunması barədə qərar qəbul etmişdi.
Oxşar xəbərlər
Ramiz Mehdiyevin nəvələri də cəzalandırıldı - FOTO
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyevin övladının toyunda iştirak edən daha bir qrup şəx...