Toy karvanında avtoxuliqanlıq edən sürücülər həbs olunub
Ağsuda toy karvanında avtoxuliqanlıq edən sürücülər həbs olunub.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Ağsu Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri profilaktik tədbir zamanı avtoxuliqanlıq edən sürücülər Cəmil Qurbanov və Yusif Yusifov saxlanılıb.
Onlar idarə etdikləri "Mercedes" və "Tofas" markalı avtomobillərlə toy karvanında yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub və digər hərəkət iştirakçıları üçün təhlükə yaradıblar. Həmin şəxslər bu əməllərini qeydə alaraq sosial şəbəkə hesablarında paylaşıblar.
Sürücülər barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə C.Qurbanov və Y.Yusifovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla onların hər biri 15 sutka inzibati qaydada həbs edilib.
Oxşar xəbərlər
Bakıda qayınatasının çənəsini sındıran şəxsə hökm oxundu
Binəqədi Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərərvurmada təqsirləndirilən Bağır Səmədovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı...