Toy edəcəkdilər, dənizdə boğuldu...
26
iyl
2019
15:39
Xəzər dənizinə istirahət üçün yollanan 1997-ci il təvəllüdlü Hüseyn Əli oğlu Dadaşov boğulub.BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə iyulun 24-də Bilgəh çimərliyində baş verib.Əldə etdiyimiz məlumata görə, həmin gün Hüseyn Dadaşov qardaşı və iki dostu ilə birgə çimərliyə yollanıb. Suda olan zaman dalğa onların 4-nü də aparıb. Qardaşı və dostlarından biri ətrafdakıların köməyi ilə xilas edilib.Digər dostu isə sudan özü çıxmağı bacarıb. Amma həmin vaxt Hüseyni tapmaq mümkün olmayıb. Bir az keçəndən sonra isə dalğa 22 yaşlı gəncin meyitini suyun üzərinə çıxarıb.Yaxınlarının verdiyi məlumata görə, Hüseynin sevdiyi qız olub. Anası ona dekabrda toy etməyi planlaşdırırdı.Qeyd edək ki, “Qafqazinfo”nun əməkdaşları dünən Bilgəh çimərliyindən reportaj hazırlayıb. Məlum olub ki, sözügedən ərazidə bir müddətdir ki, çimmək qadağandır.
Oxşar xəbərlər
Novxanı çimərliyində ürək sızladan mənzərə - 12 yaşlı oğlan öldü – VİDEO
Xəzər dənizində 12 yaşlı yeniyetmə batıb.BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə Abşeron rayonundakı Novxanı çimərliyində qeydə alınıb.Belə ki, valid...