Tovuzda teplovoz piyadanı vuraraq öldürüb

02
yan
2024
22:38
Tovuz stansiyasında teplovoz dəmir yolu üzərinə çıxmış piyadanı vuraraq öldürüb.
Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb.
“Bu gün saat 20:55 radələrində ADY-yə məxsus teplovoz Tovuz stansiyasında hərəkətdə olarkən bir nəfər naməlum şəxs dəmir yolu xəttini müəyyən olunmamış yerdən qəfil keçməyə cəhd edib.
Maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub və həmin şəxs hadisə nəticəsində dünyasını dəyişib”, – qurum bildirib.
Oxşar xəbərlər
Dəmir yolunu keçən piyadanı qatar vurdu
Saat 20:05 radələrində ADY-yə məxsus sərnişin qatarı Bakıxanov-Sabunçu sahəsində hərəkətdə olarkən naməlum şəxs dəmir yolu xəttini müəyyən olunmamış yerdən qəfi...