Tovuzda qardaş qardaşı bıçaqlayıb
26
yan
2020
21:44
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Tovuz şəhər ərazisində qeydə alınıb.
Belə ki, Tovuz rayon sakini, 1962-ci il təvəllüdlü Əbülfət İslam oğlu Salmanov mübahisə zəminində qardaşı Rövşən Salmanov tərəfindən bıçaqlanıb.
Əl, baş və sinə nahiyəsindən bıçaq xəsarətləri alan yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.
Hadisəni törədən şəxs isə polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Tovuzda polis zabiti 17 yaşlı oğlanı vurdu
Tovuz rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. BAKU.WS-in məlumatına görə, hadisə rayonun Dondar Quşçu kəndində olub. Rayonun Düz Qır...