Tovuzda qanlı cinayət
Yeniliklərdən dərhal xəbərdar olun
Tovuz sakini qətlə yetirilib.
Bu barədə BAKU.WS-ə rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, mayın 5-i saat 18 radələrində rayonun Əyyublu kənd sakini, 1986-cı il təvəllüdlü Bəxtiyar Əkbərovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla zərərçəkmişin həmkəndlisi, 1988-ci il təvəllüdlü Tural Hüseynovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Bəxtiyar Əkbərovun ürək nahiyəsinə bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Tural Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir.
Oxşar xəbərlər
Prokurorluq Ağstafada baş verən qətllə bağlı məlumat yayıb
Sentyabrın 12-si saat 23 radələrində Ağstafa rayonu, Köçəskər kəndi ərazisində kənd sakinləri – Yaşar Yusifovun öldürülməsi, qardaşı Müşfik Zeynalova isə xəsarə...