Azərbaycanda kollec direktoru işdən çıxarıldı
08
apr
2024
10:04
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən növbəti monitorinq keçirilib.
Bu barədə BAKU.WS-ə Agentlikdən məlumat verilib.
Bildiririk ki, martın 29-da Agentliyin nümayəndələri Tovuz Dövlət Sosial-İqtisadi Kollecində olublar. Monitorinq zamanı tədris sənədlərinə baxış keçirilərək müvafiq təhlillər aparılıb.
Nəticədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin 4 aprel 2024-cü il tarixli əmri ilə Kollecin direktoru Rizvan Qənbərovla bağlanmış əmək müqaviləsinə xitam verilib.
Oxşar xəbərlər
3 saylı uşaq evində daha bir qalmaqal: Videoları çəkən qadın işdən çıxarıldı - FOTO/VİDEO
Xətai rayonunda yerləşən 3 saylı uşaq evi haqqında qalmaqal səngimək bilmir. BAKU.WS azxeber.com-a istinadən xəbər verir ki, uşaq evində tərbiyəçi köməkçisi çal...