Tovuzda kişi evinə gələn qonağı GÜLLƏLƏDİ
Yeniliklərdən dərhal xəbərdar olun
Tovuzda qonşusunu güllələyən şəxs saxlanılıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis baş leytenantı Eşqin Qasımov deyib.
O bildirib ki, sentyabr ayının 19-u axşam saatlarında Tovuz rayon Polis Şöbəsinə rayonun Humanlar kənd sakini, 53 yaşlı Ələsgər Ələsgərovun sağ budunun 1/3-nin güllə yarası diaqnozu ilə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilməsi barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri araşdırmalar nəticəsində məlum olub ki, Ə.Ələsgərov tanışı Əli Salmanov ilə birlikdə həmkəndlisi Ədalət Verdiyevin evinə qonaq gəlmiş, sonuncular şəxsi münaqişə edən zaman ev sahibi özünəməxsus, müvafiq sənədləri olan ov tüfəngi ilə Əli Salmanova atəş açarkən Ə.Ələsgərov yaralanıb.
Keçirilən təxrəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs maddi sübutla birlikdə saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Adam oğrularının şok əməlləri: "Telefonu açıq qoydum ki, arvadım eşitsin..." - TƏFƏRRÜAT
Azərbaycanda adam oğurluğunda ittiham olunan 1988-ci il təvəllüdlü Anar, 1989-cu il təvəllüdlü Yavər və 1996-cı il təvəllüdlü Eşqinin cinayət işi üzrə məhkəmə p...