Tovuzda iki mərtəbəli ev yanıb
25
mar
2026
23:17
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Tovuz rayonunda iki mərtəbəli fərdi yaşayış evində yanğın baş verib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, rayon sakininə məxsus 5 otaqlı, ümumi sahəsi 200 kvadratmetr olan evdə qəfil yanğın başlayıb.
Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Yanğından Mühafizə Hissəsinin qüvvə və texnikası cəlb olunub.
Alov qısa müddətdə söndürülüb. Yanğın nəticəsində evin 60 kvadratmetr sahəsi yanıb.
Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...