Tovuzda "Ford"la motosiklet toqquşdu - Xəsarət alan var
Yeniliklərdən dərhal xəbərdar olun
Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Şəhriyar küçəsində qeydə alınıb.
İlkin məlumata görə, hadisə zamanı Tovuz rayon sakini Elvin Hüseynovun idarə etdiyi "Ford" markalı avtomobillə Bakı şəhər sakini, 18 yaşlı Tural Şabanovun idarə etdiyi motosiklet toqquşub.
Toqquşma nəticəsində motosikletin sürücüsü Tural Şabanov müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı hadisə yerinə çağırılan Təcili Tibbi Yardım briqadası tərəfindən Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Hadisə ilə bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...