Tovuzda dağlıq ərazidə yanğın başladı

12
avq
2021
12:31
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə, Tovuz rayonu, Yanıqlı kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub.
BAKU.WS xəbər verir ki, məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir. İlkin məlumata əsasən, təqribən 2 hektar sahədə kol-kos yanır.
Əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
Qəbələdə yanğının söndürülməsinə helikopter cəlb olunub - YENİLƏNİB
Qəbələ rayonu, Tikanlı kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən tədbirlə...
