Tovuzda avtomobil işıq dirəyinə və ağaca çırpılıb, sürücü ölüb

Tovuzda avtomobil işıq dirəyinə və ağaca çırpılıb, sürücü ölüb
Foto
Hadisə 32

Tovuz rayonunun Düz Cırdaxan kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, "Ford" markalı yüngül ticari avtomobili idarəetmədən çıxaraq əvvəlcə yol kənarındakı işıq dirəyinə, daha sonra isə ağaca çırpılıb.

Qəza nəticəsində avtomobilin sürücüsü, Düz Cırdaxan kənd sakini, 25 yaşlı Fərid Tağıyev aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Güclü zərbə nəticəsində kəndin elektrik enerjisi ilə təminatında da fasilələr yaranıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Xilasedicilər deformasiyaya uğramış avtomobildən sürücünün meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər