Tovuzda amansızlıqla öldürülən Nərminin anası hamilədir
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən il Tovuz rayonunun Dondar Quşçu kəndində zorlandıqdan sonra amansızlıqla yandırılan 10 yaşlı Nərmin Quliyevanın anası Aynurə İsmayılova hamilədir.
BAKU.WS “news24.az”a istinadən xəbər verir ki, A.İsmayılovanın üçüncü övladı dünyaya gələcək.
O, açıqlamasında faktı təsdiqləyib.
A.İsmayılova bildirib ki, yeni doğulacaq körpəsi yeddi aylıqdır: “Biz düşünmüşdük ki, qız olsa adını Nərmin, oğlan olsa Nadir qoyacağıq. Həkimlər ultrasəs aparatı ilə baxıb, oğlan olduğunu dedilər”.
Qeyd edək ki, 2019-cu ilin noyabrın 21-də itkin düşən Tovuz rayon sakini, 2010-cu il təvəllüdlü Nərmin Şərif qızı Quliyevanın meyiti yanvarın 6-da saat 19:30-da Dondar Quşçu kənd ərazisindəki boş sahədə yandırılmış halda aşkarlanıb.
Oxşar xəbərlər
Məhkəmədə Nərmin Quliyevanın bacısı dindirilib
Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində qətlə yetirilən azyaşlı Nərmin Quliyevanı öldürməkdə təqsirləndirilən İlkin Süleymanovu...