Tovuza sərnişin aparan şəxs gecələmək istədi, ÖLDÜRÜLDÜ - QƏTLİN TƏFƏRRÜATI

Tovuza sərnişin aparan şəxs gecələmək istədi, ÖLDÜRÜLDÜ - QƏTLİN TƏFƏRRÜATI
Hadisə 180

Tovuz rayonunda baş verən qətlin bəzi təfərrüatları məlum olub.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə iyunun 30-da gecə saatlarında rayonun Əyyublu kəndində baş verib. Qətlə yetirilən Bakı şəhər sakini, 32 yaşlı Elməddin Quliyev şəxsi mikroavtobusu ilə Əyyublu kəndinə sərnişin gətiribmiş. Sərnişinləri düşürəndən sonra, o, kənd ərazisində gecələmək qərarına gəlib. Həmin vaxt, o, 1997-ci il təvəllüdlü kənd sakini Asəf Rüstəmovla rastlaşıb və aralarında mübahisə yaranıb. Mübahisə nəticəsində A.Rüstəmov Elməddinə qarın və ürək nahiyələrindən bıçaq zərbələri endirib. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən Asəf Rüstəmov Əyyublu kənd sakini olsa da, uzun müddət Rusiyada yaşayıb və bir neçə ay əvvəl Azərbaycana qayıdıbmış.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Asəf Rüstəmov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb.

*** 09:28

Tovuzda qətl törədilib.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, cinayət rayonun Eyyublu kəndində qeydə alınıb.

Belə ki, 32 yaşlı Elməddin Quliyev kəsici alətlə qətlə yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən onun 1997-ci il təvəllüdlü həmkəndlisi Asəf Rüstəmov polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə, hər iki şəxs spirtli içkinin təsiri altında olub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər