Tovuza ildırım düşdü: ətraf yandı - VİDEO

Tovuza ildırım düşdü: ətraf yandı - VİDEO
Video
Hadisə 292

Tovuz rayonunda yanğın hadisəsi baş verib.

BAKU.WS-in yerli bürosunun verdiyi məlumata görə, hadisə Tovuz rayon Olimpiya Kompleksinin yaxınlığında olan boş sahədə təxminən saat 21:30 radələrində qeydə alınıb.

İlkin məlumata görə, yanğının ildırım düşməsi səbənindən baş verdiyi ehtimal edilir.

Tovuz Yanğından Mühafizə İdarəsindən BAKU.WS-in yerli bürosuna bildirilib ki, onlara əraziyə ildırım düşməsi ilə bağlı məlumat daxil olub. Lakin yanğının məhz bu səbəbdən baş verdiyi dəqiq deyil.

Yanğın olan əraziyə 3 yanğın söndürmə avtomobili cəlb olunub və yanğın qısa zamanda söndürülüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər