Tovuz polisindən ƏMƏLİYYAT: İki nəfər tutuldu
Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Yusif İsazadə saxlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, onun əlindəki çantaya baxış zamanı 2 kiloqram marixuana, heroin və metamfetamin aşkarlanıb.
Polis əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri nəticəsində isə rayon ərazisində narkokuryerlik etməkdə şübhəli bilinən Əskər Hüseynov da saxlanılıb. Ondan çəkisi 1 kiloqram olan marixuana və heroin aşkarlanıb.
Faktlarla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Avtovağzal Kompleksi yaxınlığında su borusunda qəza - Aidiyyəti qurum hərəkətə keçdi
Məsələ ilə bağlı məlumat Binəqədi Sukanal İdarəsinə verilib. Bu barədə məlumat BAKU.WS-ə ADSEA-dan bildirilib. Qeyd olunub ki, briqada ünvana yola düşüb. Su ax...