Torpaq sahələrini suvaran 57 yaşlı kişinin faciəvi sonu
15
apr
2019
11:05
Ağdaş rayonunda bir nəfər arxda boğulub.
BAKU.WS xəbər verir ki, Hüşün kəndində 1962-ci il təvəllüdlü İnqilab Rubil oğlu Ağayev torpaq sahələrini suvarmaq istəyərkən arxa yıxılıb və orada boğulub.Daxil olan məlumata əsasən hadisə yerinə və meyitə baxış keçirilib. Meyitə baxış zamanı onun üzərində heç bir xəsarət aşkar edilməyib.Aparılan ilkin araşdırmalar zamanı müəyyən edilib ki, İnqilab Ağayev epilepsiya xəstəliyindən əziyyət çəkirmiş. O, 13 aprel 2019-cu il tarixində saat 11 radələrində Hüşün kəndi yaxınlığında mütəmadi olaraq yaranan epileptik qıcolma zamanı su arxına düşüb. Nəticədə o, suda boğulub.Faktla bağlı araşdırma aparılır.Ziya SƏCCADBAKU.WSOxşar xəbərlər
Bakıda 67 yaşlı kişi hamamdan ölü tapıldı
Ötən gün Bakıda dəm qazından bir nəfər ölüb.BAKU.WS xəbər verir ki, hadisə Qaradağ rayonu ərazisində qeydə alınıb.Belə ki, 1952-ci il təvəllüdlü Hacıyev Vaqif Z...