Toppuş bacının son halı görənləri ağlatdı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"Kimyaterapiyaları dayandırdıq. Artıq bədənim onlara cavab vermir. 65 dəfə kimyaterapiya qəbul etdim. Nə ağciyər, nə qaraciyərdən xərçəng sağalmadı. Ona görə bu addımı atdıq".
BAKU.WS xəbər verir ki, bu sözləri Əməkdar artist Tünzalə Əliyeva (Toppuş bacı) ATV kanalında yayımlanan "Bizimləsən" verilişində efirə bağlanan zaman deyib. Aktrisa bundan sonra sadəcə beyninə şüa veriləcəyini deyib:
"MRT-nin cavabına görə, bir kəllədə, bir də beyinin içində iki şiş tapılıb. Bunun üçün 10 dəfə şüa alacağam, sonra bir az gözləyəcəyik. Əgər şişlərin kiçilməsi olarsa, şüaları davam edəcəyik. Əgər kiçilmə olmasa, bütün müalicələri dayandırmalı olacağıq".
Oxşar xəbərlər
Toppuş bacının vəziyyəti yaxşı deyil - Beynində şiş aşkarlandı - VİDEO
Əməkdar artist Tünzalə Əliyevanın vəziyyəti ağırlaşıb. BAKU.WS xəbər verir ki, bu haqda aktrisanın həmkarı Ülviyyə Əliyeva bildirib. O, sosial şəbəkədə canlı y...