Tofiq Yaqublu xəstəxanaya yerləşdirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Tofiq Yaqublu Xəstəxanaya yerləşdirilib.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib.
O müalicəsini xəstəxanada davam etdirəcək, yoxsa yenidən Saxlanılma Mərkəzinə qaytarılacaq?- sualına cavab olaraq, DİN-in Mətbuat Xidmətindən bildirilib ki, bu gün həkim Adil Qeybulla DİN-in İnzibati Həbs Olunanların Saxlanılma Mərkəzinə gedərək Tofiq Yaqublu ilə görüşüb.
Həkimin məsləhəti ilə T.Yaqublu ətraflı müayinə olunması üçün xəstəxanaya köçürülüb.
Tibbi müayinənin nəticəsindən asılı olaraq müvafiq qərar qəbul ediləcək.
Oxşar xəbərlər
Penitensiar Xidmət Tofiq Yaqublu ilə bağlı məlumat yaydı
Penitensiar Xidmət həbsdə olan müsavatçı Tofiq Yaqublu ilə bağlı məlumat yayıb. "Report"a daxil olan məlumatda deyilir: "Məhkəmənin qərarı ilə azadlıqdan məhrum...