İtkin düşən azyaşlı tapılıb
Yeniliklərdən dərhal xəbərdar olun
İmişlidə itkin düşən azyaşlı tapılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, aprelin 26-da axşam saatlarında İmişli rayon sakini Y.Rəhimov Rayon Polis Şöbəsinə övladının itməsi barədə məlumat verib.
RPŞ-nin və İmişli Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilmiş təxirəsalınmaz axtarış tədbirləri nəticəsində uşaq qısa müddətdə rayon ərazisində tapılaraq şöbəyə gətirilib.
Polis əməkdaşları tərəfindən azyaşlının ailəsi ilə əlaqə saxlanılıb və övladları tam sağlam olaraq ailəsinə təhvil verilib.
Oxşar xəbərlər
Bakıda 20 gün əvvəl itkin düşən 12 yaşlı uşaq tapılıb - VİDEO
Bakıda 20 gün əvvəl itkin düşən 12 yaşlı uşaq tapılıb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib. Belə ki, Binəqədi ray...