“TikTok”dakı üsulla yumurta bişirməyə çalışan qadının bütün üzü yandı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
“TikTok”dakı reseptlə yumurta bişirməyə çalışan qadının üzü yanıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı zərərçəkən özünün sosial şəbəkədəki hesabında videolar paylaşıb.
Bildirilir ki, 25 yaşlı britaniyalı Şantel Konuey “TikTok”da öyrəndiyi üsulla mikrodalğalı sobada “paşot yumurta” bişirməyə qərar verib.
O, məşhur resepti təkrarladıqdan sonra yumurtanı qaynayan su olan qabdan soyuq metal qaşıqla çıxarmaq istəyib. Nəticədə qaynar su onun bütün üzünü və boğazını yandırıb.
“Su bütün üzümə yayıldı. Bu mənim başıma gələn ən pis şeydir”, - deyə britaniyalı hadisə barədə danışıb.
Bədbəxt hadisədən dərhal sonra Konuey özünü soyuq su ilə yuyub. Daha sonra həkimlər onu üçüncü dərəcəli yanıqlardan məhz bu hərəkətlə qurtardığını bildiriblər.
“Bu, tərəfimdən bir axmaq hərəkət idi və başlarına belə bir qəza gəlməməsi üçün daha çox insanın nələrin baş verə biləcəyini görməsini istəyirəm”, - deyə qadın bildirib.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyevanın Cəbrayıl və Zəngilan səfərindən görüntülər - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngil...