"TikTok"da tanış olduğu qadını işə düzəltmək adı ilə aldatdı
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Zamiq Dadaşovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
BAKU.WS xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.
İttiham aktına görə, Zamiq Dadaşov 2023-cü ilin sentyabr ayında "TikTok" sosial şəbəkəsində tanış olduğu zərərçəkmiş G.Şirinovaya Bakı Şəhəri Baş Polis İdarəsinin dəftərxanasına polis nəfəri - operator vəzifəsi üzrə işə qəbul etdirəcəyini yalan vəd verib.
O, bu məqsədlə 2023-cü illərdə müxtəlif vaxtlarda Binəqədi rayonu ərazisində qadının ümumilikdə 8250 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
Binəqədi Rayon Məhkəməsinin hökmü ilə o, 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Bakıda hüquqşünas necə qatil oldu? - Əmircandakı qətlin detalları - FOTO
2003-cü il dekabrın 29-da Bakının Suraxanı rayonu Əmircan qəsəbəsi, Q.Quliyev küçəsindəki 17 saylı evin qarşısında "Volqa" markalı avtomobilin arxa oturacağında...