"TikTok"da videosu yayılan direktor faciəvi şəkildə öldü
Yeniliklərdən dərhal xəbərdar olun
"TikTok" sosial plaformasında yayılan videosu ilə tanınan Məzrəli kənd orta məktəbinin direktoru Əlidursun İsayev vəfat edib.
BAKU.WS-in əldə etdiyi məlumata görə, məktəb direktoru İmişli rayonu ərazisində baş verən yol qəzası zamanı dünyasını dəyişib.
Məktəb direktoru "Toyota" markalı avtomobillə hərəkət edərkən qəzaya uğrayıb. Hadisə bu gün axşam saatlarında qeydə alınıb.
Hüquq mühafizə orqanlarından BAKU.WS-ə hadisə və məktəb direktorunun hadisə nəticəsində ölməsi təsdiqlənib.
Xatırladaq ki, ötən il İmişli rayon Məzrəli kənd orta məktəbinin direktoru Əlidursun İsayevin "TikTok" sosial plaformasında videosu yayılmışdı.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...