"TikTok"da ucuz telefon satışı adı altında dələduzluq edən şəxs saxlanılıb

TikTokda ucuz telefon satışı adı altında dələduzluq edən şəxs saxlanılıb
Hadisə 102

Sosial şəbəkələr vasitəsilə ucuz telefonlar satmaq istəyən şəxs saxlanılıb.

BAKU.WS-in verdiyi xəbərə görə, "TikTok" sosial şəbəkəsində mobil telefonları dəyərindən ucuz qiymətə satdığı barədə yalan elanlar yerləşdirərək ona müraciət edənlərin müxtəlif məbləğlərdə pulunu onlayn yolla ələ keçirən şəxs saxlanılıb.

Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Məhəmməd Abbasov tutulub.

Həmin şəxsin paytaxt və bölgələrdən olan ümumilikdə 23 nəfərə qarşı eyni üsulla dələduzluq etdiyi müəyyən edilib.

M.Abbasovun analoji əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.

Oxşar xəbərlər

Yevlaxda ailə faciəsi - Ata ilə qızının meyiti tapıldı

Yevlaxda ailə faciəsi - Ata ilə qızının meyiti tapıldı

Yevlaxda evdən ata və qızının meyiti tapılıb. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Aran qəsəbəsində baş verib.  Rayon sakini 1977-ci...

128 Hadisə 23:57 31 iyul 2025

Son xəbərlər