"TikTok"a görə bacılarını bıçaqlayan şəxsə HÖKM OXUNDU
Bakıda bacılarına bıçaqla xəsarətlər yetirən Həsən Quliyevin məhkəməsi yekunlaşıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Firdovsi Əliyevin sədrliyi ilə keçirilən yekun prosesdə hökm elan edilərək Həsən Quliyevə 1 il 6 ay müddətinə şərti cəza verilib.
Xatırladaq ki, hadisə 5 oktyabr 2025-ci il tarixində səhər saatlarında Bakı şəhərinin Nərimanov rayonunda Həsən Quliyevin kirayə yaşadığı mənzildə baş verib. Təqsirləndirilən şəxs mübahisə zəminində əvvəlcə bacısı Şəfiqəyə, daha sonra isə digər bacısı Ülviyyəyə bıçaqla hücum edərək onlara xəsarətlər yetirib.
İstintaq materiallarına görə, mübahisəyə səbəb H.Quliyevin bacılardan birinə "TikTok" sosial şəbəkəsi vasitəsilə müxtəlif şəxslərlə əlaqə saxlamasına irad tutması olub. Mübahisə zamanı vəziyyət gərginləşib və təqsirləndirilən şəxs bıçaqla bacılarına xəsarətlər yetirib.
Ona Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma ) maddəsi ilə cinayət işi açılıb.
Oxşar xəbərlər
Yol polisi avtoxuliqanlıq edən sürücünü BELƏ SAXLADI - ANBAAN VİDEO
Yol polisi avtoxuliqanlıq edən sürücünü saxlayıb. Hadisə Bakı-Sumqayıt yolunda baş verib. BAKU.WS hadisə ilə bağlı əldə edilmiş görüntüləri təqdim edir: