Tiflisdə xüsusi əməliyyat: Azərbaycanlı saxlanıldı – FOTO

Tiflisdə xüsusi əməliyyat: Azərbaycanlı saxlanıldı – FOTO
Hadisə 2700
Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) Tbilisinin Varketili rayonunda keçirilmiş xüsusi əməliyyat barədə məlumat yayıb.BAKU.WS APA-ya istinadən xəbər verir ki, əməliyyat zamanı Gürcüstan vətəndaşı ilə yanaşı 1984-cü il təvəllüdlü E.B. adlı Azərbaycan vətəndaşı da saxlanılıb.İstintaqla müəyyən olunub ki, saxlanılan şəxslər 1986-cı il təvəllüdlü B.M. adlı şəxsə hədə-qorxu gələrək ondan 2 min dollar tələb ediblər. Onlar zərərçəkən şəxsdən pul alan zaman saxlanılıblar. Faktla bağlı hədə-qorxu ilə pul tələb etmə maddəsi üzrə istintaq aparılır.BAKU.WS

Son xəbərlər