Tibb Universiteti yaxınlığında güclü yanğın - VİDEO

26
avq
2019
23:40
Paytaxtda güclü yanğın baş verib. BAKU.WS BakuPost-a istinadən xəbər verir ki, hadisə Bakının Nəsimi rayonu ərazisində qeydə alınıb. Belə ki, Nəsib bəy Yusifbəyli və Səməd Vurğun küçəsinin kəsişməsində, Azərbaycan Tibb Universiteti ilə üzbəüz fəaliyyət göstərən tibb lazimatlatları və həkim geyimləri satılan mağaza yanıb.Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsödürmə briqadaları cəlb olunub. Buna baxmayaraq qısa müddətdə yayılan yanğının qarşısını almaq mümkün olmayıb. Mağazada olan bütün mallar külə dönüb. İlkin məlumata görə, yanğına qısaqapanma səbəb olub.
Oxşar xəbərlər
Bakıda 17 mərtəbəli binada başlayan yanğın söndürülüb - VİDEO
Bakının Yasamal rayonunda hündürmərtəbəli binada başlayan yanğın söndürülüb.Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Y...
