Təhsil şöbəsi şagirdlərin döyülməsi ilə bağlı iddiaya cavab verdi - FOTOFAKT (VİDEO)

Təhsil şöbəsi şagirdlərin döyülməsi ilə bağlı iddiaya cavab verdi - FOTOFAKT (VİDEO)
Video
Hadisə 1732
 

Ötən gün "Xəzər” telekanalında yayımlanan videogörüntüdə Tovuz rayonu Qalaboyun kənd tam orta məktəbində müəllimin şagirdi döydüyü iddia olunub. Telefonla çəkilən görüntü sosial mediada müzakirələrə səbəb olub.

Görüntüdə müəllimin şagirdi küncə sıxışdıraraq döyür, uşağın yalvarmasına belə məhəl qoymur. Daha sonra başqa bir şagirdi döyür. Məlumat bildirilib ki, şagirdlərə qarşı zorakılıq edən hərbi hazırlıq müəllimi Mövsüm Sadıqovdur.

BAKU.WS xəbər verir ki, Tovuz Rayon Təhsil Şöbəsindən "Bizim Yol”a verilən məlumata görə, Qalaboyun kənd tam orta məktəbi şagirdləri və məktəbin direktorunun Təhsil Şöbəsinə verdiyi izahatında qeyd ediblər ki, həmin videogörüntü sözügedən məktəbdə çəkilməyib. 

"Həmin kadrlarda göstərilən hərbi kabinet bizim məktəbdə yoxdur. Müəllimdən və şagirdlərdən alınan izahatlarda onlar bu hadisənin  tamamilə təkzib ediblər”,-deyə Qalaboyun kənd tam orta məktəbin direktorunun izahatında bildirilib.

Həmin məktəbin hərbi rəhbəri Möhsüm Sadıqov da izahatında bildirib ki, şagirdlərin onun tərəfindən döyülməsi haqqında yayılan kadrlar həqiqətə uyğun deyil: "Mən heç vaxt şagirdləri döyməmişəm. Kadrlarda göstərilən hərbi kabinet və şagirdlər bizim məktəbdə yoxdur”.

BAKU.WS

Son xəbərlər