Təyyarədə sərnişinlərin əl "baqaj"larından oğurluq edənlər saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Hava nəqliyyatından istifadə edərkən təyyarənin göyərtəsində olan sərnişinlərin əl yüklərindən oğurluq əməlləri etməkdə şübhəli bilinən şəxslər müəyyən olunublar.
BAKU.WS-in məlumatına görə, DİN-in Hava Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əcnəbi vətəndaşlar - 45 yaşlı Van Hong və 43yaşlı Zhou Longgen saxlanılıblar.
Araşdırmalarla məlum olub ki, şübhəli şəxslər təyyarədə olan sərnişinlərin ani diqqətsizliyindən istifadə edərək onların pul və digər qiymətli əşyalarını gizli yolla talayıblar.
Saxlanılan şəxslər çantalarda olan pulları əldə edəndən sonra şübhə oyatmamaq üçün onların yerinə qat-qat aşağı nominallı və müxtəlif ölkələrə məxsus pul vəsaitləri yerləşdiriblər ki, uçuş zamanı sərnişinlər bilməsinlər.
Onların üzərindən iş üçün mühüm əhəmiyyət kəsb edən maddi və elektron sübutlar aşkarlanaq istintaqa təhvil verilib. Fakta görə başlayan cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...