Təyyarə qəzasında həlak olanların yeddi mərasimidir
Bu gün - 31 dekabr AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən "Embraer-190" təyyarəsinin qəzaya uğraması nəticəsində həlak Azərbaycan vətəndaşlarının yeddi mərasimidir.
BAKU.WS modern.az-a istinadən xəbər verir ki, məlum təyyarə qəzasında həlak olanlar dekabrın 29-da dəfn olunublar.
Onlardan üçü - təyyarənin komandiri İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökümə Əliyeva II Fəxri xiyabanda torpağa tapşırılıb.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysilə uçan sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
3 ekipaj üzvü həlak olub, 2 ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 4 nəfərin meyiti gətirilib. Dekabrın 29-da isə 3-ü ekipaj üzvü olmaqla, 24 nəfərin nəşi ölkəyə gətirilib.
Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Oxşar xəbərlər
Bakıda 16 yaşlı qız itkin düşdü
Bakıda 16 yaşlı qız itkin düşüb. BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Məhəmməd Hadi küçəsində qeydə alınıb. Həmin küçədə ya...