Təyyarə qəzasında həlak olan Qoşqar Sadıqov Cəlilabadda dəfn olunub
27
dek
2024
10:30
Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan Cəlilabad rayon sakini, 1997-ci il təvəllüdlü Qoşqar Firidun oğlu Sadıqovun nəşi ailəsinə təhvil verilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, daha sonra onun nəşi rayonun Mirzəli kəndində dəfn edilib.
Subay olan Q.Sadıqov Qroznıda fəhlə işləyib.
Qeyd edək ki, əvvəlcə onun yaralı və ya həlak olması ilə bağlı dəqiq məlumat yox idi. Onun şəxsiyyəti atasından götürülən DNT analizindən sonra müəyyən olunub.
Azərbaycan Hava Yolları QSC (AZAL)
Qazaxıstan
Cəlilabad
Qroznı
Bakı-Qroznı təyyarəsi
Aktau təyyarə qəzası
Aktau şəhəri
Oxşar xəbərlər
Biləcəridə bünövrəsi çökmüş fərdi yaşayış evlərinin bir hissəsi uçdu
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Tomris küçəsində bünövrəsi çökmüş fərdi yaşayış evləri ilə bağlı açıqlama verilib. Binəqədi Rayon İcra Hakimiyyətindən Oxu.A...