Təyyarə qəzasında həlak olan növbəti 24 nəfərin nəşi bu gün Bakıya gətiriləcək
28
dek
2024
17:54
Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus təyyarədə həyatını itirən növbəti 24 nəfərin nəşi bu gün Bakıya gətiriləcək.
BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az etibarlı mənbələrdən məlumat əldə edib.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.
Oxşar xəbərlər
Quba və Qusar ərazisindən axan bəzi çaylardan sel keçir, Dövlət Xidməti müvafiq tədbirlər görür
Bu gün bölgədə yağan intensiv xarakterli yağışlar nəticəsində Quba və Qusar rayonları ərazisindən axan çaylarda sululuq artıb, bəzi çaylarda isə sel müşahidə ol...