Teymur Musayev: "Plastik əməliyyat zamanı ölən şəxs mətbəxdə əməliyyat edilib"

Teymur Musayev: Plastik əməliyyat zamanı ölən şəxs mətbəxdə əməliyyat edilib
Foto
Hadisə 157

"Sara Qəhrəmanovanın ölən qızı barədə araşdırma apardıq. Ölən qız mətbəxdə əməliyyat olunub. Əməliyyat edən şəxs tibb ixtisası sənədi daşıyıcısı deyil".

BAKU.WS Oxu.AZ-a istinadən xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev parlamentin bugünkü iclasında bildirib.

Xatırladaq ki, Milli Məclisin deputatı Səyyad Aran övladı plastik əməliyyat zamanı ölən valideynin şikayətindən danışıb:

"Dünən bir valideyn gəlmişdi. Onun övladı plastik əməliyyat zamanı ölüb. Valideynlər deyirlər ki, həmin həkim fərqli soyadla fəaliyyət göstərir.

Nazirlik siyahı dərc etdi, amma hamı bilməlidir ki, həmin şəxslər kimdir. Yaxından tanımalıdır.

Ölən şəxs komaya düşəndən sonra həkim aparıb evinə, görüb ki, sağalda bilmir. Valideynlər etiraz edirlər. Səhiyyə nazirinə müraciət edirəm, plastik cərrahiyə əməliyyatına dair xüsusi mərkəz yaradılsın. Vətəndaş da bilsin ki, hara gedir. 9-cu sinfi bitirmiş şəxsə plastik cərrahiyyə ilə məşğul olmağa kim imkan verib?"

Qeyd edək ki, barəsində şikayət olunan həkim Ülviyyə İlyasovadır. O, hazırda Qurbanova soyadını daşıyır.

Son xəbərlər