Tərtərdə traktor minaya düşdü: Yaralanan var - YENİLƏNİB

Tərtərdə traktor minaya düşdü: Yaralanan var - YENİLƏNİB
Hadisə 586

Baş Prokurorluq Tərtər rayonunda baş verən hadisə ilə bağlı məlumat yayıb.

Qurumdan BAKU.WS-ə verilən məlumata görə, 28 yanvar 2021-ci il tarixdə saat 12 radələrində Azərbaycan Respublikasının vətəndaşı 1987-ci il təvəllüdlü Ələkbərov Elgün Mahmud oğlu Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində traktorla yer şumlaması işləri apararkən tank əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.

Prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, məhkəmə-tibb ekspertizası təyin edilmiş, digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Hazırda faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

***14:44

Tərtər rayonunda traktor minaya düşüb.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, hadisə günorta saatlarında baş verib.

Hadisə nəticəsində traktorun sürücüsü,1987-ci il təvəllüdlü Ələkbərov Elgün xəsarət alıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər