Tərtərdə törədilmiş qətlin səbəbi məlum olub - TƏFƏRRÜAT
Yeniliklərdən dərhal xəbərdar olun
Tərtərdə baş verən qətl hadisəsinin yeni təfərrüatı məlum olub.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə tərəflər arasında əvvəlcədən mövcud olan münaqişənin davamı kimi baş verib.
Belə ki, bir il əvvəl baş verən insident zamanı, 1999-cu il təvəllüdlü Nabil Aslanov həmyerlisi, 1995-ci il təvəllüdlü Səfixan Nağıyevə bıçaqla xəsarət yetiribmiş.
Ötən gün tərəflər arasında yenidən mübahisə yaranıb. Mübahisə zamanı Səfixan Nağıyev əvvəlki hadisəni xatırladaraq Nabil Aslanova çoxsaylı bıçaq zərbələri endirib. Ağır xəsarətlər alan Nabil Aslanov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...