Tərtərdə qətl törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün Tərtər rayonunda qətl törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində 1999-cu il təvəllüdlü, əslən Ağdam rayonunun İlxıçılar kəndindən olan Aslanov Nabil Saleh oğlunu bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən 1995-ci təvəllüdlü Səfixan Nağıyev saxlanılaraq istintaqa təhvil verilib.
Xatırladaq ki, hadisə kafedə baş verib. N.Aslanov kafedə mübahisə zəminində bıçaqlanıb.
Yaralıya əvvəlcə Tərtər Rayon Mərkəzi Xəstəxanasında tibbi müdaxilə edilib, sonra Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb, lakin yolda həyatını itirib.
Araşdırma aparılır.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...