Tərtərdə evində repetitor fəaliyyəti ilə məşğul olan şəxs cərimələnib
Yeniliklərdən dərhal xəbərdar olun
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
BAKU.WS Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupuna istinadən xəbər verir ki, Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlərlə Mehriban Mehdiyevanın rayon ərazisində yerləşən özünə məxsus fərdi yaşayış evində repetitor fəaliyyəti ilə məşğul olduğu müəyyən edilib.
M. Mehdiyeva xüsusi karantin rejiminin qaydalarını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə edilib, orada olan 11 nəfər şagirdin valideynlərinə isə ciddi xəbərdarlıqlar edilib.
Oxşar xəbərlər
Azərbaycanda 38 yaşlı nənədən AĞLASIĞMAZ ƏMƏL
Xırdalan şəhərində yeni doğulan nəvəsinin ölümündə təqsirli bilinən Tovuz rayon sakini, 1980-ci il təvəllüdlü Xatirə Mehdiyevanın cinayət işi üzrə məhkəmə prose...