Tərtərdə əməliyyat: Sakinin evində avtomat aşkarlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Tərtərdə tutulan şəxsdə narkotik vasitə və avtomat aşkarlanıb.
DİN-in Mətbuat xidmətindən BAKU.WS-ə verilən xəbərə görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş rayon sakini Elməddin Xıdırov saxlanılıb.
Onun üzərinə və yaşadığı evə baxış zamanı 1 kiloqrama yaxın marixuana, həmçinin "AK-103" markalı avtomat silahı, ona aid 30 ədəd patron və patron darağı aşkar edilərək götürülüb. Müəyyən edilib ki, saxlanılan şəxs narkotik vasitə və silahı Ağdərə rayonu ərazisindən taparaq qanunsuz olaraq özündə saxlayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. E.Xıdırov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...