Tərtərdə çoban qətlə yetirildi

Tərtərdə çoban qətlə yetirildi
Hadisə 77

Tərtərdə kişi ov tüfəngi ilə qətlə yetirilib.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 27-də saat 15 radələrində Tərtər rayonu Həsənqaya kəndi ərazisində üzərində xəsarət izləri olan meyit olması barədə polisə məlumat daxil olub.

İkin məlumata görə, kəndin otlaq sahəsində 40-50 yaşlarında olan kişi ov tüfəngi ilə qətlə yetirilib.

Onun rayonun Söylən kənd sakini Allahverdiyev Qaryağdı Abbas oğlu olması müəyyən edilib. O, həmin ərazidə çobanlıq fəaliyyəti ilə məşğul olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin saxlanılması istiqamətində tədbirlər görülür.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər