Tərtərdə baş verən yol qəzasında bir nəfər öldü
Yeniliklərdən dərhal xəbərdar olun
Tərtərdə ölümlə nəticələnən yol qəzası baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Tərtər-Goranboy yolunun Hacıqərvənd kəndi hissəsində qeydə alınıb.
Tərtər şəhər sakini, 1983-cü il təvəllüdlü Səfərov Yediyar Osman oğlunun idarə etdiyi "VAZ-2107" markalı minik maşını Tərtər rayon sakini, 1992-ci il təvəllüdlü Bayramlı Qalib Firdovsi oğlunun idarə etdiyi "VAZ-2106" markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Nəticədə "VAZ-2106" markalı nəqliyyat vasitəsinin sərnişini, 1991-ci il təvəllüdlü, Tərtər rayonu Hacıqərvənd kənd sakini Verdiyev Sərxan Bəbir oğlu aldığı xəsarətlərdən Tərtər rayonu Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
Faktla bağlı araşdırma başlanıb.
Oxşar xəbərlər
Saatlıda dəhşətli qəza - "Shacman" "Mercedes"in üstündən keçdi - VİDEO
Saatlıda ağır yol hadisəsi olub. Hərəkətdə olan yük maşını təkərində yaranmış problemə görə idarəetmədən çıxıb və qarşısındakı minik avtomobilinin üstünə çıxıb,...